İnsan, yaradıldığı andan xoşbəxt və dinc yaşamaq istər. Allahın Quranda bildirdiyi əxlaq quruluşu, insanın fitrətinə ən uyğun həyatı təqdim edər. Quran əxlaqı xaricindəki yolların hamısı insanın narahat həyat sürməsinə səbəb olar.
Yaşları, peşələri, ictimai mövqeləri hər nə olursa olsun, Quran əxlaqından uzaq cəmiyyətlərdə yaşayan insanların heç biri tam mənası ilə xoşbəxt və dinc bir həyat davam etdirə bilməzlər.
Həll Quranda Axtarılmalıdır
Quran əxlaqını yaşamayan, yəni həyatlarını cahilcə davam etdirən insanların içində olduqları ən böyük səhv budur; həlli Quranda axtarmamaq...
Bu kəslər, içərisində olduqları vəziyyətin ürək açmaz bir hal aldığını açıqca görərlər. Yaşadıqları həyat tərzinin, mənimsədikləri xarakter quruluşunun onlara istədiklərini vermədiyini, özlərini təmin etmədiyini və hətta çətinliyə soxduğunu həyatlarının hər anında hiss edərlər. Ancaq buna həll olaraq cahilliyin təqdim etdiyi digər alternativləri sınaq yoluna xərclər ki, bu da onlara yenə bədbəxtlik və narahatlıq gətirər. Cahilliksistemlərinin təməldə bir-birindən heç bir fərqi yoxdur. Bəlkə insanlar, məkanlar və şərtlər dəyişə bilər amma yaşanan qayğılar və hədəflər həmişə sabit qalar. Məsələn cahillik həyatına görə “fərqli” olmaq və ya “kübar cəmiyyət mədəniyyəti” ilə yaşamaq çox əhəmiyyətlidir. Ancaq bu iki həyat modeli hər nə qədər bir-birindən fərqli olaraq görülsə də hədəf həmişə eynidir: Dünya həyatına görə yaşamaq.
Halbuki dünya həyatı ehtirasla bağlanılmayacaq qədər qısadır. Dünya həyatında qazanılan heç bir şey baqi qalmaz. Ölümlə birlikdə dünya həyatındakı hər şey yox olacaq. Bu səbəblə, yalnız dünyəvi qazanclar əldə etmək üçün atılan hər addım insana böyük çətinliklər gətirər.
Buna qarşılıq Allah insanlara xoşbəxt və dinc olmanın yollarını Quranda bildirmişdir: Bir insan ancaq Allaha yönəldiyi və Onunla dost olub, Rəbbimizin bəyəndiyi əxlaqı yaşadığında çətinliklərindən xilas ola bilər. Allah, bir ayəsində bu əhəmiyyətli sirri belə bildirər:
"O kəslər ki, Allahı zikr etməklə ürəkləri rahat olduğu halda iman gətirmişlər. Bilin ki, qəlblər (möminlərin ürəkləri) yalnız Allahı zikr etməklə hüzn tapar." (Rəd Surəsi, 28)