Möminin vəzifəsi bütün həyatı boyu Allaha qulluq etməkdir. Allaha olan qulluğun xaricində başqa bir məntiqlə qurulmuş həyat Allahı inkar etmək və ya Ona ortaq qoşmaq mənasını verir ki, bu davranışın sonu cəhənnəm ola bilər.
Doğrudan da, Allah möminlərdən, Cənnət müqabilində onların canlarını və mallarını satın almışdır. (Çünki) onlar Allah yolunda vuruşub öldürür və öldürülürlər. (Bu, Allahın) Tövratda, İncildə və Quranda Öz öhdəsinə götürdüyü bir vəddir. Allahdan daha yaxşı əhdini yerinə yetirən kimdir? Elə isə sövdələşdiyiniz alış-verişə görə sevinin. Məhz bu, böyük uğurdur. (Tövbə Surəsi, 111)
De: “Əgər atalarınız, oğullarınız, qardaşlarınız, zövcələriniz, yaxın qohumlarınız, qazandığınız mallar, iflasa uğramasından qorxduğunuz alış-verişiniz və bəyəndiyiniz məskənlər sizə Allahdan, Onun Elçisindən və Onun yolunda cəhd etməkdən daha əzizdirsə, Allah Öz əmri ilə gəlincəyə qədər gözləyin. Allah günahkarları doğru yola yönəltməz”. (Tövbə Surəsi, 24)
Allaha və Onun Elçisinə sadiq qalacaqları təqdirdə acizlərə, xəstələrə və (döyüşdə) vuruşmağa vəsait tapa bilməyənlərə heç bir günah yoxdur. Yaxşı işlər görənləri danlamağa əsas da yoxdur. Allah Bağışlayandır, Rəhmlidir. Miniklə təmin edəsən deyə sənin yanına gəldikdə: “Sizin üçün minik tapa bilmirəm”– dediyin zaman xərcləməyə (infaka) bir şey tapa bilmədiklərindən ötrü kədərlənib gözləri dolmuş halda geri dönənlərin də (heç bir günahı yoxdur). Yalnız varlı olduqları halda (evdə qalmaq üçün) səndən icazə almağa gələnlər danlanmalıdırlar. Onlar arxada qalanlarla birgə daldalanmağa razılaşdılar. Allah onların qəlbini möhürləmişdir. Məhz bu səbəbdən onlar (özlərininaqibətini) bilməzlər. (Tövbə Surəsi, 91-93)