Darvinizm dünya tarixinin ən məntiqdən kənar, ən ağla sığmaz batil dinidir. Canlılığın hər detalında mükəmməl bir nizam və ağılın olmasına baxmayaraq, darvinizm bunların hamısının sözdə şüursuz və təsadüfi proseslərin məhsulu olduğu izahını verir. Protein laboratoriyalarda belə tək başına çıxarıla bilməyən son dərəcə kompleks quruluşda bir molekuldur və elektron mikroskopun altında bu cür kompleks həyatın olması insanı gerçək mənada heyran edir. Lakin darvinizm bu böyük yaradılış qarşısında da "Təsadüfən meydana gəldi" şərhini edir. Canlılar bir-birlərindən olduqca fərqli xüsusiyyətlərdə və keyfiyyətlərdə yaradılmış, sahib olduqları orqan və quruluşların bir-birlərinə çevrilməsinin qeyri-mümkün olduğu açıq və rədd edilə bilməz bir şəkildə ortaya çıxmışdır. Lakin darvinizm dünyadakı böyük canlı müxtəlifliyinin tək bir bakteriyadan törədiyini iddia edir. Darvinizmin iddialarının gerçək olduğuna, canlıların təkamül etdiyinə dair tək bir dənə belə dəlil yoxdur. Lakin buna baxmayaraq, darvinist jurnallar hər həftə yeni bir saxta fosil (qalıq) nəşr edirlər. Dünyada açıq bir nizam və ehtişam vardır. Lakin darvinizm bütün bunların sözdə xaosdan, qarışıqlıq və nizamsızlıqdan öz-özünə, kor təsadüflər nəticəsində ortaya çıxdığını iddia edir. Bu həqiqətlər gözlər önünə gətirildiyində darvinizmin dünya səviyyəsində qəbuluna ağıllı bir insanın hər hansı bir məntiq və dəlil tapa bilməsi qeyri-mümkündür.
Lakin bu aldatmaca hədəfinə çatmışdır. Hədislərdə dəccalın fitnəsinin bütün dünyanı bürüyəcəyi xəbər verilmişdir. Həqiqətən də bütün dünya dəccali sistem olan masonluğun təsiriylə batil bir sistemi şüursuz və düşüncəsizcə qəbul etmişdir. Hər millətdən, hər inancdan çox sayda insan bu batil sistemlə həmfikir olmuşdur. İnsanlar belə bir batil dinə uyğunlaşmasının özlərini çıxılmaz vəziyyətə salacağını təxmin edə bilməmişdir. Bir çoxu bu nəzəriyyəni həqiqətən də elmi zənn etmiş, bunu hər hansı bir nəzəriyyə olaraq görmüş və bunun öz dünyaları və öz gələcəkləri üçün nə qədər böyük təhlükələr ehtiva etdiyini anlamamışdır. Ehtiyatlı davrana bilməyən insanın sözdə təkamül keçirmiş bir heyvan olduğunu iddia edən bir yalanın insan, cəmiyyət və dövlətlər üzərində necə məhvedici bir təsir oyadacağını əvvəldən görə bilməmişdir. Azğın bir fikir sisteminin hər yandan özlərini əhatə etdiyini və uşaqlarına, ölkələrinə, yaşadıqları mühitə mənfi təsir göstərdiyini hiss edə bilməmişdir. Bu azğın fikir sisteminin ətraflarındakı hücumların, qırğınların, cinayətlərin, oğurluqların, əxlaqsızlığın, degenerasiyanın, anarxiyanın, müharibələrin, terrorun təməl səbəbini meydana gətirdiyini və get-gedə bu bataqlığın içinə batdıqlarını anlaya bilməmişdir. Uşaqlarına darvinizmi öyrətməyin onları pis əxlaqlı, üsyankar, degenerativ hala gətirəcəyini, insani xüsusiyyətlərdən uzaqlaşdıracağını düşünə bilməmişdir. Dəccali sistem olan masonluq o qədər hiyləgər bir şəkildə yaxınlaşıb, o qədər böyük bir oyun oynamışdır ki, insanların böyük əksəriyyəti fərqində olmadan, başlarına nə gələcəyini bilmədən bu oyunun əsiri olmuşlar. Hazırda dünyanın içində olduğu vəziyyət insanların bu qəflətin və darvinizm bəlasına əhəmiyyətsiz yanaşmalarının nəticəsidir.
İnsanların böyük qisminin fərqində olaraq və ya olmadan dəccalın müdafiə etdiyi həyat tərzinə tabe olmaqlarının, dəccaliyyətin dediklərini etmələrinin şübhəsiz, çox zərərli nəticələri olmuşdur. Dəccalın batil dininə tabe olmaq Allahın razı olduğu gözəl əxlaqdan, Rəbbimizin məmnun qaldığı şeylərdən uzaqlaşmaq mənasını verir. Dünyanın geniş hissəsində Quran əxlaqına uyğun olmayan bir həyat tərzinin davam etdirilməsinin təməl səbəbi budur. Allah Quranda insanların bir-birlərinə yaxşılığı əmr edib pislikdən çəkindirməsini nəsihət edir. Bu gün dünyanın bir çox yerində bu böyük məsuliyyət yerinə yetirilmir, tam əksinə, insanlar həmişə pis olana doğru istiqamətləndirilir. Allah insanları eqoizmdən, xəsislikdən, nankorluqdan, vəfasızlıqdan, mənfəət düşkünlüyündən, harama girməkdən, qısqanclıqdan, pis söz söyləməkdən və həmçinin ədalətsizlikdən, israfdan, qürurdan, özünü yüksək tutmaqdan və hirsdən çəkindirmişdir. İndiki dövrdə isə bir çox cəmiyyətdə bu əxlaq anlayışının tam əksi yaşanır. Qurana tabe olan müsəlmanlar arasında qarşıdakının nəfsini öz nəfsindən öndə saxlamaq, ona hər mövzuda mütləq öncəlik vermək əsasdır. Lakin indi insanların böyük bir qismi yalnız öz mənfəətlərini güdür və bu yolda hörmətdən düşürən rəftarlara belə tənəzzül edirlər. Qurana görə, haqsız yerə can almaq haramdır. Hazırda isə işlənən cinayətlərin sayı heyrətamiz dərəcədə çoxdur. Qurana görə, hər bir kəs başqasının haqqını güdməyə cavabdehlik daşıyır. Halbuki bu an dünyanın bir çox ölkəsində sistem insanların bir-birlərinin haqqını əlindən alma, bir-birlərini aldatma sistemi üzərinə qurulmuşdur. Qurana görə, malın ehtiyac olandan çoxu yoxsul olana verilir . Yenə dünyanın bir çox ölkəsində indiki sistemdə yoxsul davamlı olaraq daha da çox istismar edilərək sanki yox edilməyə çalışılır və varlı olan isə daha çox mala sahib olmağa can atır.
Lakin dəccaliyyət artıq fikrən ölmüşdür. Masonların bütün oyunları ortaya çıxarılmış, yox edilmişdir. Dəccaliyətin ayaq üstə durub tutacağı heç bir budaq qalmamışdır. Bununla belə, dəccaliyyət insanları artıq daha çox aldada bilməməkdə və darvinizm aldatmacasına da heç kimi inandıra bilməməkdədir.
Bunu Allahın izni ilə gələcəkdə də edə bilməyəcək. Çünki Allahın vədinə görə, batil mütləq yox olub getməyə məhkumdur. Allah bu nizamı insanların Allahın qədrini gərəyi kimi təqdir edə bilməsi, haqq olanı açıq görə bilməsi üçün yaratmışdır. Yoxsa şübhəsiz, dəccal sistemini ortadan qaldırmaq və Quran əxlaqını bütün dünyaya hakim etmək üçün Allahın "ol" əmri kifayətdir. Dəccal öz tələsini böyük və güclü sanmışdır. Halbuki Allahın tələsi qarşısında ziyana uğramışdır. Aləmlərin Rəbbi olan Allah ayələrində belə bildirir:
“Əgər o məmləkətlərin əhalisi iman gətirib çəkinsəydilər, sözsüz ki, onların başlarına göydən və yerdən bərəkət yağdırardıq. Lakin onlar (öz peyğəmbərlərini) yalançı hesab etdilər, Biz də onları qazandıqlarına görə məhv etdik.Məgər o məmləkətlərin əhalisi əzabımızın onlara gecə yatarkən gəlməyəcəyinə əmin idilərmi?Və ya o məmləkətlərin əhalisi əzabımızın onlara gündüz oynayıb əylənərkən gəlməyəcəyinə arxayın idilərmi?Yaxud Allahın onları dolaşdırıb bəla toruna salmayacağına əmin idilərmi? Allahın dolaşdırıb bəla toruna salmayacağına özlərinə zərər eləyənlərdən başqa heç kəs arxayın ola bilməz!”(“Əraf” surəsi 96-99)
Dəccalın uduzması isə sonsuzadək davam edəcək. Darvinizmin çöküşü bunun ən əhəmiyyətli göstəricisidir. Önəmli olan bundan sonra vicdanın göstərdiyi yola tabe olub bir ömrü dəccalın əsiri olaraq keçirməməkdir. Əgər bir insanın ağlı və şüuru yerindədirsə, edilməsi lazım olan budur.
Hər varlığın sahibi və hakimi olan Allah bir ayəsində belə buyurur:
Rəbbinizə dönün. Əzab sizə gəlməmişdən əvvəl Ona təslim olun. Sonra sizə heç bir kömək olunmaz!“Qəfil əzab özünüz də bilmədən başınızın üstünü almamışdan əvvəl Rəbbinizdən sizə nazil edilmiş ən gözəl sözə (Qurana) tabe olun!” (“Zumər” surəsi 54-55)