“Doğrusu, Biz onlara Zikr gətirdik, onlar isə özlərinə verilən Zikrdən üz döndərirlər” bildirməkdədir. (Mu'minun Surəsi, 71).
İslam əxlaqına uyğun gələn, Allahın Quranda bildirdiyi yolu izləyən insanlar hər mövzuda rifaha çatarlar. Cahiliyyə cəmiyyətlərində bəzi qadınların məruz qaldıqları bütün çətinliklərin tək həlli və qadınların cəmiyyət içində layiq olduqları hörməti görmələrinin yolu da yenə Rəbbimizin insanları qaranlıqlardan nura çıxarmaq üçün Peyğəmbərimiz (s.ə.s.) vəhy etdiyi Qurandadır. Allah Quranın bir çox ayəsi ilə qadını və qadın haqqlarını qoruma altına almış, cahiliyyə cəmiyyətlərində qadınlara olan səhv dünyagörüşünü ortadan qaldırmış, qadına cəmiyyət içərisində hörmətli bir yer qazandırmışdır. Quran ayələriylə insanlara Allah Qatında üstünlük ölçüsünün cinsiyyət deyil, Allah qorxusu, iman, gözəl əxlaq, ixlas və təqva olduğu bildirilmişdir. Bütün bunlar Rəbbimizin qadınlar üzərindəki bənzərsiz lütfünün bir dəlilidir:
“Ey insanlar! Biz sizi kişi və qadından yaratdıq. Sonra bir-birinizi tanıyasınız deyə, sizi xalqlara və qəbilələrə ayırdıq. Şübhəsiz ki, Allah yanında ən hörmətli olanınız Ondan ən çox qorxanınızdır. Həqiqətən, Allah Biləndir, Xəbərdardır." (Hucurat Surəsi, 13) “ Ey Adəm oğulları! Sizə ayıb yerlərinizi örtəcək libas və bəzək-düzək nazil etdik. Təqva libası isə daha xeyirlidir. Bu, Allahın dəlillərindəndir. Bəlkə düşünüb (onlardan )ibrət alasınız..” (Ə'raf Surəsi, 26)
Bir başqa ayədə isə Allah,
"...Sizin etdiyiniz yaxşılıqları Allah bilir. (Özünüzlə) azuqə götürün! Ən yaxşı azuqə isə təqvadır. Məndən qorxun, ey ağıl sahibləri!." (Bəqərə Surəsi, 197)
şəklində buyuraraq, insanlara əldə edə biləcəkləri ən xeyirli xüsusiyyətin təqva olduğunu bildirmişdir. Bu səbəbdən insanı həm dünyada həm də Allah Qatında kamil olaraq qiymətli hala gətirəcək və üstünlük qazandıracaq olan 'təqva' olmalıdır. Allah Quranda
" Şübhəsiz ki, sədəqə verən kişi və sədəqə verən qadınlar və Allaha gözəl borc verənlər üçün (savab) qat-qat artırılacaqdır. Onlar üçün çox dəyərli bir mükafat da vardır.." (Hədid Surəsi, 18)
şəklində buyurmaqdadır. Bu ayə ilə həm kişilərə həm də qadınlara, əsl üstün və şərəfli olan qarşılığın Allahın bildirdiyi əxlaqı yaşamaqla qazanılacağı xatırladılmaqdadır. Qadın və kişi əlbəttə ki fiziki mənada bir-birlərindən fərqli strukturlara sahibdirlər. Ancaq bu bir üstünlük səbəbi deyil. Allah bir başqa ayədə də, kimi insanlar arasında bir üstünlük ünsürü halına gəlmiş olan zənginlik yerinə, Allahın fəzlini istəmənin daha məqbul olduğunu belə bildirməkdədir:
Allahın birinizi digərinizdən üstün etdiyi şeyə tamah salmayın. Kişilərin qazandıqlarından öz nəsibi, qadınların da qazandıqlarından öz nəsibi vardır. Allahdan, Onun lütfünü diləyin. Həqiqətən, Allah hər şeyi Biləndir.. (Nisa Surəsi, 32)
Allah qadınların cəmiyyət içərisində qorunub, layiq olduqları hörmət və sevgini görmələri üçün ictimai sahədə alınması lazım olan tədbirləri Quran ayələri ilə bizlərə bildirmişdir. Alınan bütün bu tədbirlər, qadınların lehinədir. Və bunların bir hikməti də,odur ki, qadınlar zərərə uğramasın, əzilməsin və.s.. Allah insanlara Quran ilə ən doğru yolu göstərmiş və cahiliyyə inanclarını daşıyan insanların səhv tətbiqlərini ortadan qaldırmışdır. İslam əxlaqına görə, əsl əhəmiyyətli olan bir insanın qadın ya da kişi olması deyil, Allaha dərin bir iman və Allah qorxusuyla bağlanmış olmasıdır. Allahın əmr və qadağanlarına uyğun gəlməsi, Quran əxlaqını ən gözəl şəkildə yaşamağa işidir. Allah Qatında əsl dəyər görəcək olan adamın bu xüsusiyyətləri olacaq. Allah Quranda qadın olsun kişi olsun iman edən bir kimsənin sahib olması lazım olan xüsusiyyətləri belə açıqlamışdır
Mömin kişilərlə mömin qadınlar bir-birinin dostlarıdır. Onlar (insanlara) yaxşı işlər görməyi buyurur, pis əməllərə qadağa qoyur, namaz qılır, zəkat verir, Allaha və Onun Elçisinə itaət edirlər. Allah onlara rəhm edəcəkdir. Həqiqətən, Allah Qüdrətlidir, Müdrikdir.. (Tövbə Surəsi, 71)
Allahın ayədə bildirdiyi kimi, mömin qadınlar və mömin kişilər Allaha ibadət etməklə, Quran əxlaqını yaşamaqla, insanlara yaxşılığı əmr edib, pisliyə mane olmaqla və Quranda bildirilən bütün əmr və tövsiyələrə uyğun gəlməklə öhdələniblər
”Ey iman gətirənlər! Əgər Allahdan qorxsanız, O sizə haqla nahaqqı ayırd etmə bacarığı verər, günahlarınızdan keçər və sizi bağışlayar. Allah böyük lütf sahibidir.' (Ənfal Surəsi, 29)
verəcəyini vəd etmişdir. Səmimiyyətinə, ixlasına və imanına qarşılıq, Allah bir insana həyatın hər sahəsində özünü doğru yola çatdıracaq, doğru qərarlar verəcəyini və məqsədəuyğun rəftarlar etməsini təmin edəcək ağıl, fərasət və bəsirət verməkdədir. Bu səbəbdən ağıl, adamın cinsiyyətinə görə deyil, tamamilə Allaha olan səmimi bağlılığına, yaxınlığına və qorxusuna görə inkişaf etməkdədir. İmanın özünə qazandırdığı ağıl ilə hərəkət edən hər insan, qadın olsun kişi olsun, həyata dair hər mövzuda müvəffəqiyyət əldə edə bilər, bir çox insana görə önə də keçə bilər. Bu tamamilə adamın, istəyinə, şövqünə və əzminə bağlıdır. İman edənlər İslam əxlaqının bir gərəyi olaraq, özlərini heç bir zaman heç bir mövzuda kafi görməzlər. Daim daha ağıllı, daha qabiliyyətli, daha məsuliyyət sahibi, daha şəxsiyyətli, daha gözəl əxlaqlı insanlar ola bilmək üçün səy göstərərlər. Özlərini hər mövzuda güclərinin çatdığı nisbətdə inkişaf etdirməyə çalışarlar. Allah, iman edənlərin, ətraflarındakı bütün insanlara nümunə ola biləcək bir xarakterə sahib ola bilmək üçün Özünə dua etdiklərini bildirməkdədir
Onlar deyərlər: “Ey Rəbbimiz! Bizə gözümüzün aydınlığı olan zövcələr və övladlar bəxş et və bizi müttəqilərə imam et!”. (Furqan Surəsi, 74)
Həyatı boyunca hər mövzuda əlindən gələnin ən yaxşısını etməyə çalışan və şəxsiyyətiylə, əxlaqıyla və səyiylə bütün insanlara nümunə olmağa cəhd göstərən mömin bir qadın, -Allahın icazəsiylə- cəmiyyət içərisində də üstün bir mövqeyə gəlir. Boynuna götürdüyü hər cür məsuliyyəti ən yaxşı şəkildə yerinə yetirər, ən doğru qərarları verər,hər məsələnin ən gözəl həllini tapar və hər şeydə ən ağıllı nəticəni çıxarar. Görüldüyü kimi, İslam əxlaqında qadın ilə kişinin cəmiyyətdəki yeri tamamilə bərabərdir. Sonsuz mərhəmət sahibi olan Rəbbimiz qadın ilə kişi arasında ayrı-seçkilik salan bütün cahiliyyə inanışlarını Quran ayələri ilə aradan qaldırmış, qadına layiq olduğu dəyərin verilməsini əmr etmişdir. Qadın ya da kişi olsun, bu tamamilə adamın Allaha olan imanının gücü istiqamətində, əxlaqıyla, şəxsiyyətiylə və boynuna götürdüyü məsuliyyətlərlə ön plana çıxmasına bağlıdır. Bu səbəblə də İslam əxlaqını mənimsəyən qadınlar üçün, kişilərə istiqamətli bir bərabərlik mübarizəsi deyil, bunun yerinə 'xeyirli işlərdə yarışma' əxlaqı söz mövzusudur. Xeyirli işlərdə yarışmaq, iman edənlərin, həyatlarının hər anında Allahın razılığını qazana bilmək üçün əllərindən gələn səyin ən çoxunu göstərmələridir. Bu məqsədləri istiqamətində, Allahın ən sevdiyi, ən razı olduğu və Allaha ən yaxın adam ola bilmək üçün xeyirli işlərdə yarışarlar. Ancaq bu yarış, tamamilə Rəhmanı bir yarışdır. Allah möminləri dünyada və axirətdə önə keçirən xüsusiyyətin bu istiqamətdə göstərdikləri səy olduğunu Quranda belə bildirməkdədirMəhz onlar yaxşı işlər görməyə tələsər və bu işlərdə öndə gedərlər.
Məhz onlar yaxşı işlər görməyə tələsər və bu işlərdə öndə gedərlər.. (Mu'minun Surəsi, 61)
Sonra, Kitabı qullarımız içərisindən seçdiklərimizə miras etdik. Onlardan kimisi özünə zülm edər, kimisi orta yol tutar, kimisi də Allahın izni ilə yaxşı işlərdə öndə gedər. Böyük lütf də budur.. (Fatır Surəsi, 32)
Bir başqa ayədə isə Allah
".. Mömin olaraq yaxşı iş görən kişi və qadınlara əlbəttə gözəl həyat bəxş edəcək və etdikləri ən yaxşı əməllərə görə onları mütləq mükafatlandıracağıq.." (Nəhl Surəsi, 97)
şəklində buyuraraq, kişi ya da qadın, kim olursa olsun, bütün insanların dünyada və axirətdə heç bir haqsızlığa uğradılmadan əskiksiz olaraq qarşılıq görəcəklərini xatırlatmışdır. Bütün bunlar Allahın inanan qulları üzərindəki rəhmətinin dəlilləridir. Quran əxlaqının yaşanmadığı cəmiyyətlərdə qadınlara hələ də ikinci sinif insan rəftarı edilərkən, Allah Rəhman və Rəhm sifətinin bir təcəllisi olaraq qadınları qorumaqda, şan və şərəflərini verməkdədir.